Qablaşdırma MATERİALI

24 Aprel 2025, 01:02

Material sözü ümumi anlayış olub, başlanğıc materiallar (aktiv təsiredici substansiya və köməkçi maddələr), reagentlər, həlledicilər, aralıq məhsullar, qablaşdırma və markalanma materiallarının ifadə edilməsi üçün istifadə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Qablaşdırma materialı  nəqliyyat və daşınma üçün istifadə edilən xarici qablaşdırma istisna olmaqla çap materialları və əczaçılıq məhsulunun qablaşdırılmasında istifadə edilən hər hansı materiallardır. Qablaşdırma materialları məhsulla birbaşa təmasda olub-olmamasına əsasən ilkin və ikinci qablaşdırma materiallarına bölünür.