Qatar mənzildən geriyə qayıtdıqdan sonra bloklama sistemi bərpa edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
İtələyici lokomotivlə qonşu stansiyaya hərəkət edən qatarın göndərilməsi, həmin stansiyadan qatarın itələyici lokomotivlə göndərilməsi barədə telefonla məlumatlandırılmaqla bloklama ilə həyata keçirilir. İtələyici lokomotivlə göndərilən qatardan sonuncu, mənzildən göndərilmə stansiyaya qaytarılır və bloklama işləri yerinə yetirilir. Göndərilmə stansiyasında itələyici lokomotivin maşinistinə geriyə qayıtmaq hüququ verən jezl-açar verilir. Jezl-açarı çıxarmaq mümkün olmadıqda və blok-aparat itələyici lokomotiv üçün jezl-açarla təchiz edilmədikdə, göndərilmə stansiyasına telefon əlaqəsi ilə hərəkət dayandırılır. Həmin hallarda aparıcı və itələyici lokomotivlərin maşinistlərinə yol vərəqəsi verilir.