Qatar dispetçeri, avtomatik bloklama və ya müstəqil siqnalizasiya vasitəsi ilə hərəkət istiqamətini dəyişdirə bilmədikdə, müvafiq stansiya ehtiyat idarəetməyə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Köməkçi rejim vasitəsilə hərəkət istiqamətinin dəyişdirilməsi mümkünsüz olduqda, avtobloklamanın fəaliyyəti dayandırılır. Bu zaman hərəkət telefon əlaqəsi ilə idarə olunur və mənzil bağlanır. Qatarın tam tərkibdə gəlməsi ilə bağlı radiorabitə ilə maşinistə xəbərdarlıq edilir. Maşinist dərhal dayandırmalı və tormoz sistemini yoxlamalıdır. Qatarın sonuncu vaqonunun nömrəsi və siqnalın mövcudluğu da yoxlanılmalıdır.