Sürəti artırmaq üçün nizami duruşda sol qol dirsəkdən bükülərək sinə önündə çiyin səviyyəsində qaldırılır.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Sol əlin içi aşağı yönəlir və qol bu vəziyyətdə saxlanılır. Sağ qol isə dirsəkdən bükülərək bel səviyyəsində yana açılır. Jezl biləkdən dairəvi hərəkət etdirilir və sürət artırılır. Şəkil 17 bu əmrin necə yerinə yetirildiyini nümayiş etdirir.