Tikinti işlərinin yerinə yetirilməsi layihəsinin hazırlanması üçün tələb olunan sənədlər məlum olub.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti işlərinin yerinə yetirilməsi layihəsinin hazırlanması üçün tələb olunan sənədlər aşağıdakılardır:
– sifarişçinin layihə tapşırığı (tikinti obyekti, onun hissələri üçün layihənin hazırlanması zərurəti əsaslandırılmaqla, tikinti işlərinin növü və layihənin hazırlanma müddəti göstərilməklə);
– layihənin tikinti işlərinin təşkili bölməsi;
– konstruksiyaların, hazır məmulatın, materialların və avadanlığın tədarük edilməsi, inşaat maşınlarından və nəqliyyat vasitələrindən istifadə olunması, tikinti fəaliyyətinin peşə sahələri üzrə peşəkarlıq sertifikatına malik kadrların cəlb edilməsi, işlərin yerinə yetirilməsi üçün podratın müəyyənləşdirilməsi, texnoloji-istehsalat komplektasiyaların (dəstlərinin) tətbiq edilməsi və yüklərinin daşınması üsulları, tikintinin növbəli üsulla aparılmasının təşkili;
– tikinti obyektlərində yenidənqurma işlərinin yerinə yetirilməsi zamanı aparılan müayinənin materialları və nəticələri, eləcə də istehsalat şəraitində tikinti, quraşdırma və xüsusi tikinti işlərinin yerinə yetirilməsinə dair tələblər.