Bu AzDTN-nin 5.7.4-cü yarımbəndində nəzərdə tutulmuş hallardan başqa, obyektin inşası üçün tikinti işlərinin yerinə yetirilməsi layihəsi hazırlanmır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Bu zaman tikinti ərazisinin və obyektinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi, habelə tikinti texnikasının və mexanizmlərinin təhlükəsiz istismarı ilə bağlı həllər ayrıca sənəd (sənədlər) şəklində podratçı tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq tərtib olunur.