Stansiyanın texniki-sərəncam aktına və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmət və hərəkətin təşkilinə dair təlimata uyğun olaraq göndərmə dəmir yolları stansiya növbətçisinin postundan uzaqda yerləşən, xidməti danışıqları isə danışıqların qeydə alınması sistemi ilə təchiz edilən stansiyalarda yol vərəqəsi stansiya növbətçisində və post növbətçisində olan xüsusi jurnallarda qeydiyyata alınan əmr əsasında post növbətçisi tərəfindən imzalanır və qatarın maşinistinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Aşağıdakılara yol verilmir:
– mənzil digər qatarla tutulu olduğu hallarda növbəti qatarın göndərilməsi barədə sorğu aparmaq;
– qatarın qəbuluna (biryollu mənzillərdə) razılıq barədə və ya əvvəl göndərilmiş qatarın (ikiyollu mənzillərdə) gəlməsi barədə qonşu stansiyadan qatar telefonoqramlarını alanadək yol vərəqəsini doldurmaq;
– çıxan telefonoqramları qatar telefonoqramları jurnalında qeydlər aparılmadan və stansiya növbətçisi tərəfindən imzalamadan ötürmək.
