Əgər jezl-açarını çıxarmaq mümkün deyilsə və ya idarəetmə aparatı jezl-açarı ilə təchiz edilməyibsə, təsərrüfat qatarının və ya itələyici lokomotivin geri qayıtması üçün avtomatik və ya yarımavtomatik bloklama dayandırılır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Belə hallarda qatarların hərəkəti telefon əlaqəsi vasitəsilə tənzimlənir. Bu vəziyyətdə, təsərrüfat qatarının göndərildiyi mənzili məhdudlaşdıran stansiya ehtiyat idarəetməyə keçirilir. Bərpa və ya oxşar işlərin aparılması üçün bərpa və yanğın qatarları, həmçinin köməkçi lokomotivlər, aidiyyəti stansiya işçiləri növbəyə daxil olduqdan və mənzil bağlandıqdan sonra göndərilir. Belə hallarda maşinistə DU-64 blankı təqdim edilir. Əgər köməkçi lokomotivin göndərilməsi təcili tələb olunursa və aidiyyəti işçi növbədə deyilsə, qatar dispetçeri maşinistə qeydiyyata alınan əmr verərək hərəkətə icazə verir.​