Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində avtomobil partladılıb.

Heftelik.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində  Rusiya Müdafiə nazirliyinin general leytnantı Yaroslav Moskalikin ölüb.

59 yaşlı general 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutur.

Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə nazirliyinin general leytnantı Yaroslav Moskalikin ölümü ilə bağlı cinayət işi açıb.