Qatarın tormoz magistralının açılması və ya nəzərdə tutulmayan dayanma səbəbindən dayanması halında, maşinist əvvəlcə radiorabitə vasitəsilə stansiya növbətçisinə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Mənzildən verilməsi mümkün olmadıqda, stansiya növbətçisinə məlumatı şəxsən çatdırmaq üçün stansiyada dayanmalıdır. Bu hallarda qatarın tam tərkibdə hərəkətinə nəzarət stansiyanın işçiləri və lokomotiv briqadalarına həvalə edilir. Qatar dispetçeri, qatarın tam tərkibdə gəlməsinə əmin olduqdan sonra, stansiya növbətçisinə məlumat verir. Qatarın gəldiyi barədə məlumat verildikdən sonra, gəlmə bloklama siqnalı verilə bilər. Qatarın hərəkətinə tam nəzarət və təhlükəsizlik tədbirləri tətbiq edilir.