Tikinti meydançasının mühafizəsi, tikinti meydançasında əməyin mühafizəsi ilə bağlı tələblərə riayət olunması, ətraf mühitin qorunması, tikinti işlərinin ətraf mühit və əhali üçün təhlükəsizliyi, eləcə də bu AzDTN-lə, digər şəhərsalma və tikintiyə dair normativ sənədlərlə və ya yerli özünüidarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş tələblərin yerinə yetirilməsi xərcləri sifarişçi tərəfindən təmin olunur.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.