Şəkidə dörd gün əvvəl baş verən ağır yol qəzasında ağır xəsarət alan 9 yaşlı oğlan xəstəxanada ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində müalicə alan 9 yaşlı Kənan

Təvəkkül oğlu Şirəlizadə axşam saatlarında həyatını itirib.

Qeyd edək ki, aprel ayının 22-i gecə saat 02 radələrində 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılmışdı. Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü T. Şirəliyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölmüşdü. Oğlu K. Şirəlizadə isə koma vəziyyətdə Şəki RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparılır.