Göyçay rayonunda intihar hadisəsi baş verib.

Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, aprelin 27-si saat 18 radələrində 1977-ci il təvəllüdlü Əflatun İsmayılov yaşadığı Ləkçıplaq kəndindəki evdə özünü asıb.

Bildirilib ki, Ə. İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb.

Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 10.49

Göyçayda intihar hadisəsi olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə Ləkçıplaq kəndində baş verib.

Kənd sakini 48 yaşlı İsmayılov Əflatun Veysəl oğlu yaşadığı evin zirzəmisində özünü asıb.