ABŞ Prezidenti Donald Tramp Vatikan görüşü zamanı ukraynalı həmkarı Volodimir Zelenskinin ondan daha çox silah istədiyini bildirib.

APA xəbər verir ki, Donald Tramp bu barədə Morristaun hava limanında jurnalistlərə danışıb.

“Zelenski mənə dedi ki, ona daha çox silah lazımdır, amma o, bunu artıq 3 ildir ki, deyir,” — ABŞ Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu dəfə söhbət zamanı Zelenski əvvəlkilərlə müqayisədə daha sakit davranıb.