Azyaşlı dərmandan öldü

29 Aprel 2025, 10:58

Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.

Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.

Faktla bağlı araşdırma aparılır.