Oğuzda çaqqal 56 yaşlı kişiyə hücum edib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.

Kənd sakini 1969-cu il təvəllüdlü Nakam Muradov axşam saatlarında çaqqalın hücumuna məruz qalıb. Çaqqal onun ayağına xəsarət yetirib. N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, vaksin vurulub.