Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, iclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin qərarı haqqında” məsələ daxil edilib.

Qeyd edək ki, “Prokurorluq haqqında qanun”un 16-cı maddəsinə əsasən, Azərbaycanın baş prokurorunun, Azərbaycanın hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 2020-ci il mayın 1-də Baş prokuror təyin edilib.