Xüsusi avtomobilin sürücüsü müşayiət dəstəsinin tərkibinə daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
O, baş müşayiətçiyə və müavininə tabedir. Sürücü avtomobilin istismarına və təhlükəsiz hərəkətinə cavabdehdir. O, yol hərəkəti qaydalarına ciddi riayət etməlidir. Müşayiətçilərin siqnalına dərhal əməl etməlidir. Avtomobildən çıxarkən mühərriki söndürmək və açarı özündə saxlamaq vacibdir. Müşayiət olunan şəxslər avtomobilə minərkən və düşərkən nəzarət edilməlidir. Avtomobil başqa şəxslərə idarə etmək üçün verilə bilməz.