Sumqayıtda külək hasarı aşırıb, ölən var.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Güclü külək hasarı 1980-ci il təvəllüdlü Natiq Haqverdiyevə məxsus “KamAZ” markalı maşının üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.