Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırr Sırrı Süreyya Öndər vəfat edib.

APA-nın xəbərinə görə, Sırr Sırrı Süreyya Öndər müalicəsinin 18-ci günündə çoxsaylı orqan çatışmazlığı səbəbindən həyatını itirib.

Qeyd edək ki, Sırrı Süreyya Öndər aprelin 15-i ürək infarktı keçirməsi səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, o, siyasətlə yanaşı, rejissor, ssenarist, prodüser kimi bir neçə filmin ərsəyə gəlməsinə nail olub. Müxtəlif illərdə müəllifi olduğu filmlər mükafatlara layiq görülüb.