Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Ümit Karan şərti azadlığa buraxılıb.

Heftelik.az  xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Qeyd edək ki, Ümit Karan “təqib səviyyəsində sadə cinsi təcavüz”də ittiham olunur.

***

saat 22.15

“Qalatasaray”ın sabiq futbolçusu Ümit Karan 1 il 8 aylıq həbs cəzası verilib.

Heftelik.az-ın məlumatına görə,  Türkiyə yığmasının sabiq üzvü qadına qarşı cinsi zorakılığa görə həbsxanaya göndərilib.

Bu barədə Türkiyənin “Sabah” nəşri məlumat yayıb.
Ü. Karan 2001-09-cu illər arasında “Qalatasaray”da çıxış edib. O, son olaraq televiziyada eskpert kimi fəaliyyət göstərirdi.