Bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:

Axundov Elçin Əbdül oğlu

Amənzadə Raihə Barxudar qızı

Fərəcov Sərdar Fərəculla oğlu

Göyüşov Nəsib Cümşüd oğlu

Məmmədov Sabir Novruz oğlu

Rövşən Ramiz Məmmədəli oğlu

Yaqubova Ella İsmayıl qızı.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1500 manat məbləğindədir.