Sumqayıtda emalatxanada partlayış olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə “İnşaatçılar” yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.