Bu gün Gəncədə yaşayış binasında partlayış baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, evdə yaşayan kişi ilə qadın arasında mübahisə olub. Mübahisə zamanı evə benzin tökülüb, nəticədə yanğın olub. Yanğın zamanı 1967-ci il təvəllüdlü Alıyev Adil Elman oğlu hadisə yerində ölüb. 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Musavat.com yazıb ki,  Adil aAlıyev hadisədən əvvəl 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova ilə dalaşıb və onu bıçaqla hədələyib. Sonra isə evi yandırıb və partlayış baş verib. Nəticədə kişi özü ölüb, qadın xəsarət alıb.

Gülnaz Şahməmmədova bundan öncə də həmin şəxs tərəfindən bıçaqlandığını bildirib: “Mənə dedi ki, nəvələrini oğurlayacağam, öldürəcəyəm. Mənim heç nəyim deyil, elə düşmənçiliyə görə edib ki, niyə onu polisə vermişəm? Mən buraya gəlib-gedən adam deyiləm. Mən iş adamıyam. Hər gün saat 10-da işdə oluram, 11-də də çıxıram. Boğazımı da, əlimi də o edib. Dedi ki, polisə ərizə verməyəcəksən, şikayət eləməyəcəksən. Məndən pul istəyir, mənim də pulum yoxdur. Keçən dəfə də pul üstündə bıçaqladı məni”.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.