ABŞ Prezidenti Donald Tramp Rusiya- Ukrayna görüşünün keçiriləcəyi İstanbula getməyi düşündüyünü bəyan edib.

Heftelik.az-ın APA-ya isatinadən verdiyi məlumata görə, bu barədə Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

ABŞ Prezidenti bildirib ki, mayın 15-də Rusiya və Ukrayna nümayəndələri arasında görüşün keçiriləcəyi İstanbula səfər etməyi düşünür:

“İstanbul görüşündən yaxşı nəticələr əldə edə bilərik. İnanıram ki, hər iki lider orada olacaq”.