Ağdamda tikintidə fəhlənin sinəsinə armatur batıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Onun sinəsindən armaturu çıxarmaq üçün mərkəzə FHN-nın Qarabağ regional idarəsinin xüsusi riskli xilasetmə qrupu cəlb olunub.
Xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzində vəfat edib.
Fakt araşdırılır.