Sektor üzrə strateji planın icrası və hədəflərə nail olunması sektor üzrə aparıcı qurum tərəfindən yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Maliyyə Nazirliyi icmallaşdırılmış büdcə planlarını monitorinq edir və icra vəziyyətini qiymətləndirir. Monitorinq nəticələri əsas götürülərək proqramların icrası ilə bağlı hesabatlar hazırlanır. Bu hesabatlar, tədbirlərin icrasına dair problemləri təhlil etməyə kömək edir. Əldə edilən nəticələr sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən qiymətləndirilir. Monitorinq prosesi tədbirlərin icrasını və nəticələri şəffaflaşdırır. Hesabatlar, sektor üzrə büdcə planlarının effektiv istifadəsini təmin edir. Nöqsanlar aşkar edildikdə preventiv tədbirlər görülür.