“Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat” ortamüddətli xərclər çərçivəsinin tətbiqinə uyğun strategiya qurulmasını nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Proqram və nəticəəsaslı büdcə mexanizmi ilə əlaqələndirilmiş büdcə planlaması əsas məqsəddir. Təlimat həm də sektor üzrə tədbirlərin planlaşdırılmasını tənzimləyir. Buraya layihələr, fəaliyyətlər və altproqramlar daxildir. Sənədin əsas məqsədlərindən biri Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunluğu təmin etməkdir. Fiskal risklərin idarə olunması da sənədin əhatə etdiyi əsas sahələrdəndir.