Təşkilatlar növbəti il üçün büdcə sifarişlərini müxtəlif halları nəzərə alaraq hazırlayırlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Əvvəlki ildən icrası davam edən tədbirlərin xərcləri saxlanılır. Əməkhaqqı və sosial islahatlarla bağlı xərclər xüsusi diqqət tələb edir. YST-lər üçün tələb olunan vəsaitlər də daxil edilir. Bölüşdürülməmiş vəsaitlər əsasında icra olunan tədbirlər nəzərə alınır. Prezident aktları ilə təsdiq edilmiş yeni tədbirlərin davamı təmin edilir. Yalnız bir il üçün nəzərdə tutulan tədbirlər isə növbəti illərə daxil edilmir. Qiymət dəyişiklikləri və inflyasiya nəzərə alınmalıdır.