Fransız aktyor Jerar Depardye iki qadına qarşı cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Heftelik.az xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.

200-dən çox filmdə rol almış 76 yaşlı aktyor, Parisdəki məhkəmə tərəfindən 2021-ci ildə çəkilən “Les Volets Verts” filminin çəkilişi zamanı iki qadına cinsi zorakılıq etməkdə təqsirli bilinib.

Jerar Depardye 2i il müddətinə vətəndaş hüquqlarından məhrum edilib və seksual cinayətkarlar reyestrinə daxil edilməsinə qərar verilib.