Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 11.37
Tərtərdə qətl hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.
Hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.