Qeyri-işlək vəziyyətdə olan tenderli parovozlar, aparıcı lokomotivin ardınca qoşulur.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu cür göndərilmə, infrastruktur sahibinin müəyyən etdiyi tələblərə uyğun olur. Yük qatarının baş hissəsinə qeyri-işlək parovozun qoyulması üçün xüsusi icazə tələb edilir. İkiqat dartı zamanı, yolun üst quruluşu və süni tikililər nəzərə alınır. Dörd və altı oxlu tenderli parovozlar üçün xüsusi qaydalar tətbiq olunur. Üç oxlu tenderli parovozlar isə qatara borusu irəli olmaqla qoşulur.