Sabirabadda bir ay əvvəl yansn evdə xəsarət alan 13 yaşlı qız ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, aprelin 10-da Sabirabadın Bala Həşimxanlı kəndində Məmmədovlar ailəsinə məxsus evin yanması nəticəsində xəsarət alan 2012-ci il təvəllüdlü Yasəmən Məmmədli Bakıda xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Ağır yanıq xəsarətləri alan ailə üzvlərindən biri – 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı isə Bakıda xəstəxanaya köçürülüb.