Qatar aralıq stansiyaya çatdıqda, maşinist və maşinist köməkçisi “Dəqiqəlik hazırlıq” üzrə reqlamenti təkrarlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu yoxlamalar radiostansiyanın və təhlükəsizlik cihazlarının qoşulu vəziyyətdə olduğunu təsdiqləməlidir. Həmçinin, tormoz sisteminin sonuncu sınaq nəticələrinə əsaslanaraq, sistemin düzgün işlədiyi yoxlanılır. Yol işıqforu və lokomotiv işıqforunun göstəriciləri də yoxlanmalıdır. Təyin edilmiş hərəkət sürətinin uyğunluğunu yoxlamaq vacibdir. Bu yoxlamalar, qatarın təhlükəsiz hərəkətini təmin edir.