Binada əsaslı təmir və ya yenidənqurma aparılarkən sakinlər çıxarılmalıdırsa, onlara manevr fondundan müvəqqəti mənzil verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Bu halda kirayə müqaviləsi ləğv olunmur. Köçürülmə xərcləri kirayə verən tərəfindən qarşılanır. İmtina edilərsə, məsələ məhkəmə yolu ilə həll olunur.