Qatar işıqforun qadağanedici göstəricisinə yaxınlaşarkən maşinist köməkçisi, maşinistə kontrollerin və kranın vəziyyətini, tormoz təzyiqini yoxlayaraq məruzə edir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bundan əlavə, qadağanedici göstəricili işıqfora 400-500 metr qalmış sürətin azaldılması haqqında maşinistə xatırlatma edilir. İşıqforun yaxınlığında, maşinist və maşinist köməkçisi bir-birini məlumatlandıraraq qatarın dayandırılmasını təmin edirlər. Əgər maşinist həmin reqlamenti yerinə yetirməzsə, maşinist köməkçisi qatarı dayandırır. Bu tədbirlər təhlükəsiz hərəkətin təmin edilməsi üçün vacibdir. Qadağanedici göstəricinin mövcud olduğu hallarda daim qarşılıqlı məlumatlandırma aparılmalıdır.