Gəndob-Yalama avtomobil yolunda, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, minik avtomobili yolu keçən piyada Nərəcan kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Turan Məcidovu vurub. Ağır xəsarətlər alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.