Qanunvericiliyə əsasən, xüsusi təyinatlı mənzil fonduna yeddi növ yaşayış sahəsi daxildir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Bunlara xidməti mənzillər, yataqxana otaqları, manevr fondu sahələri və sosial xidmət binalarındakı yaşayış yerləri daxildir. Həmçinin, məcburi köçkünlər və qaçqın statusuna malik şəxslər üçün fond mənzilləri də bu kateqoriyaya aiddir. Sosial müdafiə məqsədilə ayrılan yaşayış sahələri də xüsusi təyinatlı hesab olunur.