Məşhur ukraynalı aktyor və “Polytech Cowboys” KVN komandasının keçmiş rəhbəri Maksim Nelipa xüsusi hərbi əməliyyat zonasında döyüş tapşırığını yerinə yetirərkən həlak olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə həyat yoldaşı məlumat verib.
Hadisə mayın 12-də baş verib, lakin ölümün dəqiq yeri və şəraiti hələ də dəqiqləşdirilir.
Nelipa könüllü olaraq 2022-ci ilin martında Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Müharibədən əvvəl aktyor “Dizel şou” və KVN şoularının iştirakçısı kimi məşhur olub.