Agentlik tərəfindən PUA istismarı ilə bağlı sənədlərin tələblərə uyğun icrası nəzarətdə saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nda əksini tapıb.

Qanunun 61.2-ci maddəsinə əsasən, istismarçılara verilmiş sənədlər əsasında planlı və ya qəfil yoxlamalar aparılır. Yoxlama nəticələri 10 iş günü ərzində hesabat şəklində istismarçıya təqdim edilir. Hesabatda aşkar olunmuş nöqsanlar tam şəkildə göstərilir. İstismarçı bu hesabatı aldıqdan sonra 10 iş günündə nöqsanların səbəbi və aradan qaldırılması üçün plan təqdim etməlidir. Plan təqdim olunmadıqda sənədlərin qüvvəsi Agentlik tərəfindən dayandırılır. Təqdim edilmiş plan 10 iş günündə qiymətləndirilir və nəticə istismarçıya bildirilir. Qəbul olunmamış planlar üzrə düzəlişlər üçün əlavə 10 gün vaxt verilir. Təsdiq edilmiş plan 3 ay ərzində icra olunmalı və sübutedici sənədlərlə Agentliyə təqdim edilməlidir. Əgər plan vaxtında icra edilməzsə, Agentlik sənədlərin hüquqi qüvvəsini yenidən dayandıra bilər.