Kamerun millisinin hücumçusu Vensan Abubakarın “Qarabağ” klubuna transfer ediləcəyi barədə iddialar yayılıb.

Heftelik.az-ın məlumatına görə, klubun mətbuat xidməti iddialara münasibət bildirib.

Qeyd edilib ki,  yayılan xəbər həqiqəti əks etdirmir.
Xatırladaq ki, Abubakar son olaraq Türkiyədə “Hatayspor”un formasını geyinib. O bu ölkədə “Beşiktaş”ın uğurları üçün də çalışıb.