Goranboyda qadın ehtiyatsızlıqdan xəsarət alıb.

Heftelik.az-ın Unikal-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəyirmanlar kəndində baş verib. Belə ki 2001-ci il təvəllüdlü Nəzrin Xudaverdiyeva qarının küt travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib.

Məlumata görə, gənc qadının qayınanası – 1968-cı il təvəllüdlü Gülxanım Xudaverdiyevanın əlində olan tirdən atılan güllə dəmiri keçərək ona dəyib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.