Sektor üzrə strateji hədəflər spesifik, ölçülə bilən və real resurslarla təmin edilə bilən olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Hədəflər dövlətin strateji sənədlərində müəyyən edilmiş ümumi məqsədlərlə uyğunlaşdırılmalıdır. Bu hədəflər sektorun ortamüddətli fəaliyyətini istiqamətləndirməlidir. Hədəflərə nail olmaq üçün tədbirlərin icrasına cavabdeh təşkilatlar da müəyyən olunur. Həmçinin aralıq hədəflər də formalaşdırıla bilər. Bu aralıq hədəflər proqram və altproqram çərçivəsində təsbit edilir. Strateji siyasətə bu tədbirlər ətraflı şəkildə daxil edilir. Bu, sektorun fəaliyyətində mərhələli və davamlı inkişafı təmin edəcək.