Təqdim edilmiş hesabatlar və sənədlər əsasında nəticələr qiymətləndirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.

Maliyyə Nazirliyi, təqdim olunan hesabatları audit və yoxlama tədbirləri ilə təhlil edir. Monitorinqin nəticələrinə əsaslanaraq təyinatı üzrə vəsaitlərin istifadə vəziyyəti yoxlanılır. Nöqsanlar aşkar edildikdə, ixtisaslaşmış dövlət qurumları tərəfindən audit tədbirləri həyata keçirilir. Monitorinqin nəticələri təqdim edilən sənədlərlə əlaqələndirilir. Bu təhlillər sektorda büdcə vəsaitlərinin şəffaf istifadəsini təmin edir. Təqdim edilmiş məlumatların düzgünlüyü təmin edilir. Nəticələr əsasında lazımi tədbirlər görülür.