AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərov “Premium Bank”ın əsas səhmdarı olub.

Heftelik.az-ın məlumatına görə,  17 yanvar 2025-ci il tarixində Bankın əsas səhmdar Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri Cahangir Əsgərova (həyat yoldaşı) ötürülüb.

Qeyd edək ki, Zərifə Həmzəyeva bankın nizamnamə kapitalında 84,5 % paya malik olub.