Drezinlərin qoşulması yalnız tipli qurğularla (cizahlarla) həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu qoşulma, drezinlərin dizaynına və onlara qulluq göstərilməsinə dair tələblərə uyğun olmalıdır. Drezinlərin hərəkət zamanı öz-özünə açılması mümkün olmamalıdır. Drezini platformalara və vaqonlara qoşmaq qadağandır. Hər bir qoşqunun düzgün qoşulması və təhlükəsiz hərəkət təmin edilməlidir. Təhlükəsiz hərəkət və daşınma üçün bütün qaydalara riayət olunmalıdır.