Metropoliten vaqonlarının hərəkətə yararlılığını müəyyən etmək üçün müayinədən keçirilməsi zəruridir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Müayinə, göndərici tərəfindən təyin edilmiş komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibinə infrastruktur sahibinin nümayəndəsi də daxil edilir. Müayinə nəticəsində, vaqonların texniki vəziyyəti yoxlanılır. Yoxlama aktı, üç nüsxə olaraq tərtib edilir. Birinci nüsxə göndərən qurumda qalır, ikinci bələdçi qrupunun başçısına verilir, üçüncü nüsxə isə sifarişdə istifadə olunur.