“Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat” dövlət vəsaitlərinin qanuni istifadəsini də diqqət mərkəzinə alır.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Büdcə vəsaitləri üzrə hüquq pozuntuları qanunvericiliklə müəyyən edilir. Bu sahədə İnzibati Xətalar Məcəlləsinin müddəaları tətbiq ediləcək. Maliyyə-təsərrüfat fəaliyyəti üzrə pozuntular ciddi şəkildə araşdırılacaq. Zəruri hallarda səyyar yoxlamalar həyata keçiriləcək. Audit və təftiş tədbirləri də bu çərçivədə aparılır. Yalnız səlahiyyətli dövlət qurumları bu tədbirləri yerinə yetirə bilər. Məhkəmə qərarları və hüquq mühafizə orqanlarının müraciətləri əsasında yoxlamalar mümkün olacaq.