Ortamüddətli xərclər çərçivəsində yeni tədbirlərin (YST) təklifləri dövlət və icmal büdcə vəsaitləri hesabına həyata keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Sektorlar üzrə strateji planların və büdcə planlarının tərtibinə dair metodoloji Təlimat”da əksini tapıb.
Təkliflər həm yeni tədbirləri, həm də davam edən tədbirlərin təkmilləşdirilməsini və ya ixtisarını əhatə edir. Hər bir tədbir 7 nömrəli əlavə formasında təqdim olunmalıdır. YST-lər hüquqi, texniki və iqtisadi əsaslandırmalara malik olmalıdır. Onlar sosial və iqtisadi cəhətdən əlverişli olmalı və strateji hədəflərə uyğun gəlməlidir. Prezident aktları ilə müəyyən edilmiş hədəflərə uyğunluq əsas şərtlərdəndir. Təkliflər büdcə planına əlavə edilən izahat və maliyyə hesablamaları ilə təqdim olunmalıdır. Bu tədbirlər prioritetlik dərəcəsinə görə sıralanmalıdır.