Qatar radiorabitə kanalı ilə danışıqlar aparılarkən, çağırışın düzgün forması istifadə edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Tələb olunan abonent çağırılarkən, onun adı və qatarın yeri qeyd edilməlidir. Radiorabitə kanalı ilə əlaqə yaratmaq 12-15 saniyəlik müddət ərzində olmalıdır. Çağırış cavab vermədikdə, bu çağırış təkrarlanır. Əgər təkrar çağırışa da cavab alınmazsa, “Diqqət, hamıya!” mesajı göndərilir. Bu qaydalar, əlaqənin kəsilməməsini təmin etmək üçün vacibdir.